Bakıda 79 yaşlı kişinin meyiti tapıldı

16 Aprel 2019 18:58 (UTC+04:00)

Paytaxtın Nizami rayonunda yaşadığı mənzildə 79 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Əliyev Əkrəm Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az