PSJ klubu Paris Notr-Dam kilsəsinin yenidən qurulmasını dəstəklədi

16 Aprel 2019 19:36 (UTC+04:00)

Fransanın PSJ klubu Paris Notr-Dam kilsəsinin yenidən qurulmasını dəstəkləyib.

Paytaxt təmsilçisi tarixi abidənin bərpası üçün vəsait toplanılmasında bütün güclərini səfərbər etmək istəyir.

Klub həmçinin kilsədə yanğınla mübarizə aparan xilasetmə qruplarına dəstək olacağını açıqlayıb.

Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. (report)

AzNews.az