Fransa DİN: Paris Notr-Dam kilsəsinin uçmaq təhlükəsi qalır

16 Aprel 2019 20:11 (UTC+04:00)

"Paris Notr-Dam kilsəsinin uçmaq təhlükəsi hələ də qalır".

Bunu Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

O, bütün risk amilləri hələlik aradan qaldırılmasa da, bina mütəxəssislərin daim nəzarəti altında olduğunu qeyd edib.

Nazir kilsədəki sənət əsərləri və əşyaların mühafizəsi üçün aidiyyəti qurumlar tərəfindən iki gün sonra fəaliyyətə başlanacağını da diqqətə çatdırıb. (report)

AzNews.az