Yevlaxda mikroavtobus 14 yaşlı uşağı vurdu

16 Aprel 2019 20:37 (UTC+04:00)

Yevlaxda mikroavtobus 14 yaşlı uşağı vurub.

Hadisə magistral yolun rayonun Salahlı kəndi ərazisindən keçən hissəsində baş verib.

“RAF” markalı mikroavtobus yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Salahlı kənd sakini Nurlan Eldəniz oğlu Hüseynovu vuraraq ağır bədən xəsarəti yetirib. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az