Samuxda maşın aşdı: sürücü öldü

16 Aprel 2019 21:13 (UTC+04:00)

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Kür yolunda qeydə alınıb.

Sürücü 1970-ci il təvəllüdlü Qurbanov Azər Hidayət oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobilin aşması nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Bildirilir ki, avtomobil körpünün kənarındakı məhəccərə çırpılaraq aşıb.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az