Salyanda 3 yaşlı uşaq suda boğuldu

16 Aprel 2019 21:38 (UTC+04:00)

Salyanda azyaşlı suda boğulub.

Hadisə rayonun Həsənli kəndində baş verib.

Belə ki, 2016-cı ildə anadan olmuş Güləliyev Anar Hüseyn oğlu valideynlərinin nəzarətindən yayınaraq həyətyanı sahədəki su hovuzuna düşüb. Nəticədə o, boğulub.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az