Sumqayıt sakini özünü binanın damından atmaq istədi

16 Aprel 2019 22:09 (UTC+04:00)

Sumqayıtda intihara cəhd olub.

Orta yaşlarında bir kişi şəhərin 45-ci məhəlləsində "Əyri bina" adlanan yaşayış binasının damına çıxaraq intihar etmək istəyib.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb. (ona.az)

AzNews.az