Poroşenko bütün qubernatorları istefaya göndərəcək

16 Aprel 2019 22:34 (UTC+04:00)

Ukrayna prezidenti Petro Poroşenko seçkilərdə qalib olarsa, bütün qubernatorları istefaya göndərəcəyini deyib.

Poroşenko bunu “112 Ukraina” kanalının canlı efirində söyləyib. “Bütün vilayət administrasiyalarının başçıları istefaya göndəriləcək” deyən Poroşenko onların yerinə səmərəli fəaliyyət göstərən icma rəhbərlərinin gətiriləcəyini bildirib. Onun sözlərinə görə, prezident seçkilərinin ilk turunun nəticələri göstərdi ki, ukraynalıları qubernatorların fəaliyyəti qane etmir.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. (qafqazinfo)

AzNews.az