Paris Notr-Dam kilsəsinin bərpası 10-15 ilə başa gələcək

16 Aprel 2019 23:24 (UTC+04:00)

"Notr-Dam-de-Parinin bərpası 10-15 ilə başa gələcək".

Bu sözləri Fransanın Tarixi Abidələrin Bərpası Şirkətləri Qrupunun (GMH) nümayəndəsi Frederik Letoffe jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

F.Letoffe qeyd edib ki, son 2-3 saatda bununla bağlı çox fikirlər səslənib: "Hətta kilsənin 3-4 ilə bərpa etməyin mümkünlüyündən də danışıldı. Lakin real vəziyyət başqadır. Biz abidəni bərpa etməzdən əvvəl onun tam təhlükəsizliyini təmin etmək üçün üzərində işləməliyik. Birinci mərhələ isə məhv olmuş tavanın yerinə çətir ilə böyük "iskele" tikməkdən ibarət olacaq".

Ekspert bərpa işlərinin 3 mərhələdən ibarət olacağını əlavə edib.

Mətbuat konfransında iştirak edən ekspertlər ümumilikdə abidənin çökmək fərziyəsini təkzib ediblər. Lakin tikilinin soyuduqca bəzi yerdəyişmə hallarına məruz qala biləcəyi ehtimalı hələ də qalır. (report)

AzNews.az