"Paris Notr-Dam kilsəsini 5 ilə bərpa edəcəyik" - Makron

17 Aprel 2019 00:23 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron yanğından ciddi ziyan görmüş Müqəddəs Məryəm ana kilsəsinin (Notr-Dam-de-Paris) bərpasının mümkün olduğunu bildirərək, yaxın 5 il ərzində bu işlərin başa çatdırılmasına çağırıb.

Bu barədə o, televiziya vasitəsilə xalqa müraciətində deyib.

“Bəli, biz Notr-Dam kilsəsini bərpa edəcəyik və o, əvvəlkindən də gözəl olacaq. Mən istəyirəm ki, bərpa işləri 5 ildən sonra bitmiş olsun. Biz bunu etməyə qadirik və bunun üçün bütün gücümüzü birləşdirəcəyik”, - Fransa prezidenti belə deyib.

AzNews.az