Şəhərin hər yerini çəyirtkələr basdı

17 Aprel 2019 08:38 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Mədinə şəhərini çəyirtkələr basıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında Məscid-i Nəbəvi daxil olmaqla Mədinə şəhərini çəyirtkələr və tarakanlar basıb.

3 gün əvvəl ortalığa çıxan böcəklər qısa müddət ərzində şəhərin bir çox yerinə yayılıb.

Mədinənin ətraf mühiti qoruma qrupları böcəkləri məhv etmək üçün dərmanlama işlərinə başlayıblar.

Xatırladaq ki, 3 ay əvvəl Məscid-i Haram və Kəbə ətrafı daxil olmaqla Məkkə şəhərini də tarakanlar və çəyirtkələr basmışdı.

Pərvanə Ağazadə

AzNews.az