Venesuelada həbsxanadan 60-a yaxın məhbus qaçdı

17 Aprel 2019 09:04 (UTC+04:00)

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yerli "Noticias Venezuela" portalının məlumatına görə, həbsxanadan təxminən 60 məhbus qaçıb və silahla iki mühafizəçiyə hücum edib.

Hər iki mühafizəçi yaralanıb və xəstəxanaya çatdırılıb. İlkin məlumata əsasən, ölən məhbuslardan biridir.

Qaçan məhbuslar həbsxananın karaul otağında olan silahı götürməyə nail olublar. Hal-hazırda qaçan məhbusların axtarışı üzrə işlər aparılır.(trend.az)

AzNews.az