Bakı sakini evində diri-diri yandı

17 Aprel 2019 09:36 (UTC+04:00)

Bakı şəhərində yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nizami rayonunun beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində 3 otaqlı mənzil yanıb.Yanğın zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az