Sakinlər binadan çıxarıldı - Bakıda yanğın

17 Aprel 2019 09:40 (UTC+04:00)

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və kabel yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az