Londonda keçirilən mitinq zamanı 290 nəfər həbs olundu

17 Aprel 2019 09:59 (UTC+04:00)

Londonda iqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinq zamanı 290 nəfər həbs olunub.

Həbs edilən nümayişçilərin əksəriyyəti ictimai qaydaları pozmaqda günahlandırılır.

Etirazçılar mitinqin aprelin 29-dək davam edəcəyini bildiriblər.

Qeyd edək ki, nümayişçilər hökumətdən iqlim dəyişikliyini həll etmək üçün təcili tədbir görməsini tələb edirlər.(AZƏRTAC)

AzNews.az