YPG/PKK ilə Azad Suriya Ordusu arasında atışma

17 Aprel 2019 11:47 (UTC+04:00)

Terror qruplaşması olan YPG/PKK ilə Azad Suriya Ordusu arasında atışma baş verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın şimalındakı müxaliflərin nəzarətində olan Mare ilçəsinin cənubunda yerləşən Harbil və Azez bölgəsində PKK-lı terroristlər cəbhə xətlərindən ASO-nun nəzarət etdiyi sahələrə girməyə çalışıb.

ASO-nun qarşılıq verməsi nəticəsində atışma başlanıb və dünən gecə ərzində fasilələrlə davam edib.

Qeyd edək ki, YPG/PKK 3 ildən çoxdur ki, işğal etdiyi Tel Rıfatdan Azez, Bab, Serablus, Mare və Afrin ilçələrinə fasilələrlə hücum edir.

Pərvanə Ağazadə

AzNews.az