Xanım əsgər rəfiqəsinin boğazını kəsdi

17 Aprel 2019 12:14 (UTC+04:00)

Böyük Britaniya ordusunun iki xanım əsgəri Sidney Coul və Sarah Anne Qarite arasında dava baş verib.

Palma şəhərində barda əylənən rəfiqələr arasında gərgin anlar yaşanıb.

İki xanım arasında yaranan mübahisə böyüməyə başlayıb. 19 yaşlı Sidney rəfiqəsinin boğazını şüşə stəkanla kəsib. 22 yaşlı Sarah təcili olaraq xəstəxanaya aparılıb, onun vəziyyətinin ağır olduğu açıqlanıb.

S. Coul isə saxlanılaraq polis şobəsinə aparılıb. Hadisə barədə Böyük Britaniya Ordusu qısa açıqlama verib.

Qeyd olunub ki, istintaq bitdikdən sonra mətbuata geniş məlumat veriləcək.(qafqazinfo.az)

AzNews.az