Çexiyada ruhi xəstə olan pensiyaçı məhkum edildi

17 Aprel 2019 12:29 (UTC+04:00)

Hərfi mənası “gic, sarsaq” kimi tərcümə edilən Balda soyadlı çexiyalı pensiyaçı tərəfindən iki il bundan əvvəl törədilmiş əməllər dəmiryol qəzaları ilə nəticələnib. Xatırladaq ki, o vaxt Balda ağacları mişarlayaraq relslərin üzərinə yığmış, nəticədə qatarlar yoldan çıxmışdı. Radikal-millətçi baxışların tərəfdarı olan pensiyaçı ümid edirdi ki, bu hərəkətlərin müsəlman qaçqınlar tərəfindən törədilməsindən şübhələnməyə başlayacaqlar. Lakin o, səhv düşünürdü.

70 yaşlı Balda bu gün “terrorçuluq” maddəsi ilə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, o, ruhi xəstə olduğundan onun həbsxana bioqrafiyasına məcburi müalicə də əlavə ediləcək.(AZƏRTAC)

AzNews.az