Debat razılığına gəldilər

17 Aprel 2019 12:33 (UTC+04:00)

Ukrayna prezidentliyinə namizədlər Petro Poroşenko ilə Vladimir Zelenski Kiyevdə “Olimpiya” stadionunda debat keçirmək barədə razılığa gəliblər.

“Rosbalt”ın verdiyi xəbərə görə, bu barədə hazırkı prezident Petro Poroşenkonun seçki qərargahının nümayəndəsi Oleq Medvedev brifinqdə bildirib.

Onun sözlərinə görə, tərəflər stadionun aprelin 19-u axşam saatlarında arendaya götürülməsi ilə bağlı artıq müqavilə imzalayıblar.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.(qafqazinfo.az)

AzNews.az