II Avropa Oyunlarının yeni promo-çarxı nümayiş olunub - VİDEO

17 Aprel 2019 12:38 (UTC+04:00)

“Minsk 2019” II Avropa Oyunlarının yeni promo-çarxı nümayiş olunub.

Oyunların Təşkilat Komitəsindən verilən məluma görə, çarxda “Minsk 2019”un talismanı Lesik (tülkü balası) yer alıb.

Videoda talismanın II Avropa Oyunlarının proqramına daxil olan idman növlərini xüsusi formada təqdim etməsi əksini tapıb.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.(report.az)

AzNews.az