Xınalıq kəndinə qar yağır - FOTOLAR

17 Aprel 2019 14:01 (UTC+04:00)

Aprelin 17-si gündüz saatlarından Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.

Kənd sakinləri bildiriblər ki, səhər saat 11-dən sonra hava şəraiti kəskin dəyişərək güclü qar yağmağa başlayıb.

Dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşən kəndə hazırda qar yağmaqda davam edir.

Qısa müddətdə qarın hündürlüyü 2 santimetrə çatıb.(AZƏRTAC)

AzNews.az