Polisin sauna əməliyyatı: 31 nəfər saxlanıldı

29 Aprel 2013 11:21 (UTC+04:00)
Aprelin 28-dən 29-na keçən gecə Nizami rayonu ərazisindəki "Kəpəz" istirahət mərkəzində əməliyyat keçirilib. Rayon Polis İdarəsinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən əməliyyat zamanı 31 nəfər tutulub.

Bakı Neft Emalı Zavodunun yaxınlığında yerləşən istirahət mərkəzində tutulanlar Nizami Rayon Polis İdarəsinə aparılıblar: "Əməliyyatçılar istirahət mərkəzindəki 2 mərtəbəli binaya qəfil hucum ediblər. 1-ci mərtəbədə yerləşən bardan mərkəzin işçilərini tutublar. 2-ci mərtbədəki nömrələrdə qapıları sındırıb orada olan cütlükləri zorla özləri ilə aparıblar".

Bu gün səhər tutulanlardan 21 nəfər kişi azad olunub. Buraxılanlardan 6 nəfər istirahət mərkəzinin işçisi olub. İstirahət mərkəzində tutulan 10 nəfər qadın isə nəzarət altındadır. Əməliyyatın mərkəzin saunasında keçirildiyi bildirilir.

Qeyd olunur ki, tutulanların əksəriyyəti çılpaq vəziyyətdə olub. Belə məkanlarda adətən İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməliyyat keçirir. Nizami polisinin belə əməliyyat keçirməsinin arxasında digər cinayətlərə aydınlıq gətirilməsi məqsədinin güdülməsi də istisna deyil.

Güman olunur ki, tutulan zərif cins nümayındələri arasında bir cinayətin şahidi olmuş "sevgi ilahəsi" də var.

Məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsindən hər hansı bir şərh verməyiblər.//musavat.com//

AzNews.az