Hindistanda qasırğa 31 can aldı

17 Aprel 2019 14:18 (UTC+04:00)

Hindistanın mərkəzi və qərbi ştatlarında qasırğa və daşqınlar nəticəsində azı 31 nəfər həlak olub.

Madhya-Pradeş, Rajasthan və Qucarat ştatlarında bir neçə gündür ki, aramsız yağışlar davam edir.

Qasırğa həmin regionlarda elektrik enerjisinin kəsilməsinə və əkin sahələrinin məhvinə səbəb olub.

Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri aparılır.(trend.az)

AzNews.az