İstanbulda gəmi yanır

17 Aprel 2019 15:44 (UTC+04:00)

İstanbulun Tuzla rayonunda gəmilərdən birində yanğın başlayıb.

Yanğın quru yük daşıyan gəmidə qeydə alınıb.

Hazırda hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, ərazi nəzarətə götürülüb.

Xəsarət alan yoxdur.

Yanğının baş vermə səbəbi hələ məlum deyil.(trend.az)

AzNews.az