Perunun intihara cəhd edən sabiq dövlət başçısı komadadır

17 Aprel 2019 19:59 (UTC+04:00)

Bu gün korrupsiya ittihamı ilə məhkəmənin qərarı ilə həbs edilərkən intihara cəhd edən Perunun sabiq Perzidenti Alan Qarsia paytaxt Limadakı xəstəxanalardan birində koma vəziyyətindədir.

Bu barədə hadisə baş verəndən dərhal sonra həmin xəstəxanaya baş çəkmiş səhiyyə naziri Sulema Tomas Qonsales məlumat verib.

“Vəziyyəti çox ağırdır. Əməliyyat zamanı ürəyi üç dəfə dayanmışdı” - deyən nazir yaralanma barədə ətraflı məlumat verməyib. Hərçənd xəstəxana həkimləri xəstənin kəlləsinin sağ tərəfindən güllə yarası aldığını bildiriblər. (report)

AzNews.az