Yunanıstanda 4 nəfəri ildırım vurdu

17 Aprel 2019 20:12 (UTC+04:00)

Yunanıstanın paytaxtı Afina şəhərindəki qədim Akropolis abidəsi yaxınlığında ildırımın vurması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə bu gün günorta saatlarında baş verib.

Onlardan ikisi gözətçi, digər ikisi isə turistdir. Zərərçəkənlər hadisə yerinə cəlb olunan həkim heyəti tərəfindən xəstəxanaya çatdırılıblar.

AzNews.az