"Atletiko"nun futbolçusu vergi fırıldaqçılığı ilə ittiham olunur

17 Aprel 2019 20:35 (UTC+04:00)

İspaniyanın vergi orqanları "Atletiko"nun futbolçusu Dieqo Kostanın vergidən yayındığından şübhələnir.

31 yaşlı hücumçu imic hüquqlarından əldə olunan gəlirlərə görə 1.1 milyon avroluq vergi fırıldaqçılığı ilə ittiham olunur.

İspanlar oyunçunun 2014-cü ildə İngiltərə "Çelsi"sinə keçməsindən qısa müddət əvvəl "Adidas" şirkəti ilə sponsorluq razılaşmasından əldə etdiyi gəlirləri gizlədə biləcəyini ehtimal edib.

Qeyd edək ki, İspaniya Kral Futbol Federasiyasının İntizam-Komitəsi Dieqo Kostanı "Barselona" ilə matçda hakimi təhqir etdiyi üçün 8 oyunluq diskvalifikasiya edib. (report)

AzNews.az