Sabirabadda 63 yaşlı kişi “Jiquli” maşınını aşırdı

17 Aprel 2019 21:20 (UTC+04:00)

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabirabadın Qaralar kəndi ərazisində olub.

“VAZ 2106” markalı avtomobil aşıb.

Sürücü Həşimxanlı kənd sakini 1956-cı il təvəllüdlü Allahverdiyev Qulam Lətif oğlu kəllə-beyin travması ilə Sabirabad xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsi araşdırma aparır. (ona.az)

AzNews.az