55 yaşlı Oğuz sakini Şəkidə müəmmalı şəkildə öldü

17 Aprel 2019 22:38 (UTC+04:00)

Oğuz rayon sakini Şəkidə ölüb.

Bu barədə Oğuz rayon Prokurorluğuna məlumat daxil olub.

Məlum olub ki, Oğuzun Xaçmaz kənd sakini, 1964-cü il təvəllüdlü Kərimov Natiq Vəliyəddin oğlu Şəki şəhər Mərkəzi Xəstəxanasına ölmüş vəziyyətdə gətirilib.

Hüquq-mühafizə orqanları hadisə yerinə gələrək meyitə baxış keçirib, lazımi izahatlar alınıb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır. (trend)

AzNews.az