Kiçik qız yalvardı - "Məni atama verməyin, istismar edir"

18 Aprel 2019 08:43 (UTC+04:00)

Fransada bir xəstəxanada atasına verilməmək üçün ağlayaraq yalvaran kiçik qızın videosu müzakirə mövzusu olub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransada sosial mediada paylaşılan görüntülər gündəm olub. Minlərlə insan tərəfindən paylaşılan videoda kiçik qız atasına verilməmək üçün yalvarır və atasının onu cinsi istismara məruz qoyduğunu deyir.

Uşaq ağlayarkən otaqdakı böyüklərin sakit olması diqqət çəkib.

Bu barədə polisə xəbər veriləndən sonra Fransa Milli Polis Təşkilatı sosial mediada açıqlama verib.

“Bir çoxunuz bu videodan bizi xəbərdar etdi. Video istintaq üçün səlahiyyətlilərə göndərilib. Səfərbərliyiniz üçün minnətdarıq. Bu videonu paylaşmamağınızı xahiş edirik”.

Videonun mənbəyi bilinməsə də, uşağın onu istismar edən atasına verildiyi iddia edilir.

Olayla bağlı istintaqa başlandığı deyilir.

Pərvanə Ağazadə

AzNews.az