Sudanın devrilmiş prezidentinin qardaşları tutuldu

18 Aprel 2019 09:20 (UTC+04:00)

Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin qardaşları Abdulla və Abbas korrupsiya ittihamı ilə əlaqədar olaraq həbs olunublar.

Bunu Xartumda Sudan Hərbi Şurasının rəsmi nümayəndəsi Şəms əd-Din əl-Kubaşi İbrahim deyib.

Hərbçinin sözlərinə görə, devrilmiş rejim nümayəndələrinin həbsləri davam edir:

"Bu, ilk növbədə korrupsiya fəaliyyətində şübhəli bilinən kəslərə aiddir".(report.az)

AzNews.az