Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

18 Aprel 2019 09:37 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 7 620,126 mln. ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur.

3 aylıq ticarət dövriyyəsinin 3 135,577 mln. dolları ixracın, 4 484,449 milyon dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.

Son nəticədə xarici ticarətdə 1 348,972 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 15,9% çoxdur.

AzNews.az