Fahriye Evcen xəstəxanadan çıxdı

18 Aprel 2019 10:05 (UTC+04:00)

Yaxın günlərdə ana olan Türkiyəli məşhur aktrisa Fahriye Evcen xəstəxanadan çıxıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fahriye Evcen həyat yoldaşı Burak Özçivit və yeni doğulmuş övladları Karanla birgə xəstəxanadan çıxıb.

Müxbirlərin suallarını cavablandıran Burak Özçivit “Çox gözəl hissdir, duyğusal anlar yaşadıq” deyib.

Cütlük övladlarının üzünü göstərməkdən imtina edib.

Nigar CƏFƏR

AzNews.az