Ağ Evdən Venesuelanın Mərkəzi Bankına sanksiya qərarı

18 Aprel 2019 10:02 (UTC+04:00)

ABŞ-ın Xəzinə Nazirliyi Venesuelanın Mərkəzi Bankına sanksiya tətbiq edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinə Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada Venesuela Mərkəzi Bankına və onun rəhbəri İliana Josefa Ruzza Terana sanksiyalar tətbiq edildiyi deyilir.

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Con Bolton Mayamidə iştirak etdiyi tədbirdə Kuba və Nikaraquaya da sanksiya tətbiq etdiklərini bildirib.

ABŞ-da yaşayanların Kubadakı qohumlarına göndərdikləri pula limit qoyulacağını bildirən Bolton hər kəsin ilin ilk 3 ayında göndərə biləcəyi maksimum məbləğin min dollar olacağını qeyd edib.

Pərvanə Ağazadə

AzNews.az