Rövşən Almuradlı anılacaq

18 Aprel 2019 10:11 (UTC+04:00)

Mərhum rejissor Rövşən Almuradlının anım mərasimi keçiriləcək.

AzNews.az xəbər verir ki, anım mərasimi aprelin 23-də Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq. Mərhumun oğlu Kamal Almuradlının sözlərinə görə, tədbirdə mərhumun həyat yolundan danışılacaq, çəkdiyi filmlərdən süjetlər təqdim olunacaq.

Mərasimə tanınmış sənət adamları və media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Rövşən Almuradlı aprelin 2-də çəkdiyi filmin təqdimatına gedərkən Sumqayıt şəhərində dayanacaqda qəflətən dünyasını dəyişib.

Həkimlər onun ürək çatışmazlığı diaqnozundan keçindiyini bildiriblər.

Bahar RÜSTƏMLİ

AzNews.az