Sevgilisinin laqeydliyindən əsəbiləşən 26 yaşlı Ayseldən şok hərəkət - FOTO

18 Aprel 2019 10:14 (UTC+04:00)

Türkiyənin Adana şəhərində 26 yaşlı qadın 48 yaşlı sevgilisinin laqeydliyini səbəb gətirərək 15 aylıq qızını vəhşicəsinə qətlə yetirib.

AzNews.az xəbər verir ki, 26 yaşlı Aysel Y. sevgilisinin ona qarşı olan diqqətsizliyindən ağır psixoloji sarsıntı keçirib. Bundan sonra qadın azyaşlı qızını döyərək öldürüb.

Uşaq başından aldığı ağır zərbələr nəticəsində yerindəcə keçinib. Aysel polisə ifadəsində əvvəlcə qızını döymədiyini, sadəcə nadinclik etdiyi üçün bir-iki şillə vurduğunu bildirib.

Daha sonra qadın sevgilisi İlham K.-nın ona qarşı soyuq davranışları ucbatından stress keçirdiyini və qızını döydüyünü boynuna alıb.

Aynur

AzNews.az