Pakistanda 5 terrorçu öldürüldü

18 Aprel 2019 10:37 (UTC+04:00)

Pakistan ordusu və polisinin Xayber-Paxtunxva əyalətinin Peşəvər şəhərində apardığı antiterror əməliyyatında beş terrorçu öldürülüb.

Pakistan mətbuatı xəbər verir ki, əməliyyat zamanı terrorçuların sığındığı üçmərtəbəli qəzalı bina partladılıb.

Öldürülən terrorçular “Təhrik-ei-Taliban” qruplaşmasının üzvləri olub.

Hökumət qüvvələrindən bir neçə adam yüngül yaralanıb. Əyalətdə digər terrorçu düşərgələrinin müəyyən edilməsi istiqamətində də iş aparılır.(AZƏRTAC)

AzNews.az