Nazpəri Dostəliyevanın qardaşı qızı arxiv fotolarını yaydı

18 Aprel 2019 11:41 (UTC+04:00)

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyeva sosial şəbəkədə arxiv fotolarını yayıb. Buna səbəb Nazpəri Dostəliyevanın onu qardaşı qızı olmadığını iddia etməsi olub. Daha sonra xalq artisti qardaşının hərəkətini cavanlıq səhvi adlandırıb.

AzNews.az xəbər verir ki, Pərvanə Dostəliyeva sosial şəbəkədə fotolar payalaşaraq “Şərəfsiz Ağayar, qardaşlarım, bibim qızı və mən” şərhini yazıb.

Sosial şəbəkə istifadəçiləri isə “Nazpəri Dostəliyeva sizə dayaq olmalı idi. Onun günahı çoxdur” şərhini yazaraq Pərvanəyə dəstək olublar.

Qeyd edək ki, Pərvanə Dostəliyeva İnstagramda video paylaşaraq xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı olduğunu və 6 yaşında atası Ağayar tərəfindən tərəfindən təcavüzə məruz qaldığını deyib.

Rəqsanə

AzNews.az