Keçmiş yunan nazirdən PKK etirafı

18 Aprel 2019 12:32 (UTC+04:00)

Kiprin sabiq xarici işlər naziri İoannis Kasulidis 2-ci kitabını çıxarıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, 30 illik aktiv siyasi yaşamını qələmə alan Kasulidis adanın yunan kəsiminin PKK terror qruplaşmasına hərbi təchizat verdiyini deyib.

1997-2003-cü illər arasında Kiprin xarici işlər naziri işləyən Kasulidis terror qruplaşmasına nə vaxt və nə cür silahlar verildiyini isə yazmayıb.

Keçmiş nazir kitabında “Kipr Yunan Milli Muhafizə Birliyinin tüfəng və sursatı İordaniya və Livana verildi” yazıb.

Kasulidis yeni kitabında hadisələrdən qısa şəkildə bəhs edir, vacib hadisələrlə bağlı şəxsi fikirlərini paylaşır.

Pərvanə Ağazadə

AzNews.az