Poroşenko BBC-ni məhkəmədə uddu

18 Aprel 2019 12:22 (UTC+04:00)

Ukrayna Prezidenti Petro Poroşenko Böyük Britaniyanın BBC Televiziya Kanalına qarşı təzminat davası açıb.

Məhkəmə onun iddiasını təmin edib.

Prezident bildirib ki, BBC-nin ona təzminat kimi ödəməli olduğu 50 min ABŞ dollarını yardım fondlarına bağışlayacaq.

Poroşenko əlavə edib ki, BBC Ukrayna xalqını aşağıladığı üçün onu məhkəməyə verib.

Xatırladaq ki, BCC Poroşenkonun ABŞ Prezidenti Donald Trampla görüşmək üçün böyük miqdarda pul verdiyini iddia etmişdi.(teleqraf.com)

AzNews.az