Trampın müşaviri gizlicə Moskvaya getdi

18 Aprel 2019 13:06 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya ilə əlaqələr üzrə direktoru Fiona Hill Ağ Ev nümayəndə heyətinin tərkibində Moskvaya səfər edib.

“Kommersant” nəşrinin xəbərinə görə, o, Təhlükəsizlik Şurasının və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.

Nəşr yazır ki, onun səfəri nə ABŞ, nə də Rusiya hakimiyyəti tərəfindən öncədən elan edilməyib.(qafqazinfo.az)

AzNews.az