Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanıldı

18 Aprel 2019 13:39 (UTC+04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ya hücum edən Tural Qarayev saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verilib.

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.

T.Qarayevin əməllərinə hüquqi qiyməti məhkəmə verəcək.

Onunla bağlı toplanılan materialların Yasamal Rayon Məhkəməsinin göndəriləcəyi gözlənilir.(report.az)

AzNews.az