“Forbes” Rusiyanın ən varlı biznesmenlərinin adlarını açıqladı - SİYAHI

18 Aprel 2019 13:44 (UTC+04:00)

TASS informasiya agentliyi xəbər verir ki, reytinqdə ilk yeri “Novatek” qaz şirkətinin rəhbəri və “Sibur” neft-kimya kompaniyasının səhmdarı Leonid Mixelson tutub. Onun varidatı 24 milyard dollar həcmində qiymətləndirilir.

Siyahıda ikinci yerdə NLMK poladəritmə kompaniyasının direktorlar şurasının sədri Vladimir Lisin (21,3 milyard dollar), üçüncü yerdə isə “Lukoyl” neft kompaniyasının prezidenti Vahid Ələkbərov (20,7 milyard dollar) qərarlaşıb.

Reytinqdə dördüncü və beşinci yerlərin sahibləri isə müvafiq olaraq “Severstal” poladəritmə şirkətinin əsas sahibi Aleksey Mordaşov (20,5 milyard dollar) və “Novatek” kompaniyası direktorlar şurasının üzvü Gennadi Timçenkodur (20,1 milyard dollar).

“Forbes” nəşrinin məlumatına əsasən, Rusiyanın ən varlı 200 biznesmeninin ümumi varidatı 496 milyard dollar təşkil edir.(AZƏRTAC)

AzNews.az