Balıq tutmağa gedən 57 yaşlı kişi itkin düşdü

18 Aprel 2019 14:39 (UTC+04:00)

Bakıda balıq tutmağa gedən kişi itkin düşüb.

Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 54, mənzil 35-də yaşayan,1952-ci il təvəllüdlü Ələkbərov Tofiq Əhməd oğlu aprelin 16-da yaşadığı evdən balıq tutmağa getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.(trend.az)

AzNews.az