Maşın dərəyə aşdı - Yaralılar var

18 Aprel 2019 15:26 (UTC+04:00)

Astarada avtomobil dərəyə aşıb.

Rayonun Deqədi-Pəlikeş avtomobil yolunda 1978-ci il təvəllüdlü Loğman Eyvazovun idarə etdiyi “UAZ” markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və sərnişin, 1953-cü il təvəllüdlü Sürəyya Verdiyeva xəsarət alıblar.

Onların hər ikisi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(ona.az)

AzNews.az