Güclü dalğalar Santorini limanını dağıtdı

18 Aprel 2019 15:36 (UTC+04:00)

Yunanıstanın Santorini adasının limanının bir hissəsi güclü külək və hündür dalğalar səbəbindən dağılıb.

Fırtına səbəbindən limanın quruda olan hissəsinə ağırlıq düşüb və limanın bir hissəsi su altına gedib.

Problemi turizm fəslindən əvvəl həll etmək üçün təcili təmir işlər başlayıb.

Təmir işlərinə infrastruktur və nəqliyyat nazirliyi tərəfindən nəzarət edilir.

Qeyd edək ki, kəskin hava şəraiti Yunanıstanın bir çox bölgələrində fəsadlar yaradıb.(AZƏRTAC)

AzNews.az