Atasını itirən Talıb Tale toya hazırlaşırmış - VİDEO

18 Aprel 2019 15:56 (UTC+04:00)

ARB TV-nin "Səhər-səhər" verilişi müğənni Talıb Talenin atasının yas mərasimindən çəkiliş edib.

AzNews.az-ın məlumatına görə, sənətçi açıqlamasında bildirib ki, atasının səhhəti son günlər pisləşibmiş:

"2 ildir dializ xəstəsi idi. Sağalması üçün əlimdən gələni etdim. Çox çətinliklər çəkdi, son vaxtlar da vəziyyəti ağır idi. Bütün xəstəxanaları gəzdik, həkimlər əlindən gələni etdi.

Atam halal aldığı müəllim maaşı ilə dörd övlad böyüdüb. Şərəfli ömür yaşadı".

Dostları açıqlamada bildirib ki, Talıbın toyu olacaqmış.

Aynur

AzNews.az