Eldar Mahmudovun əmisi oğlunun məhkəməsinin vaxtı açıqlandı

18 Aprel 2019 16:43 (UTC+04:00)

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Bakı Hərbi Məhkəməsində keçiriləcək iclas mayın 1-nə təyin edilib.

Cinayət işinə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq.(report.az)

AzNews.az