Hesablama Palatası üzvlərinin maaşı ikiqat artırıldı

18 Aprel 2019 16:50 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədlə palata üzvlərinin sosial müdafiəsi gücləndirilib.

Belə ki, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

AzNews.az