Mirzəcan Xəlilov “Şöhrət” ordeni ilə təltif edildi

18 Aprel 2019 17:22 (UTC+04:00)

Prezident İlham Əliyev Mirzəcan Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.

AzNews.az